Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Əfsanəyə dönən kəşfiyyatçı” adlı tədbir keçirilmişdir

26 aprel 2022 | 12:23

    25 aprel 2022-ci il tarixdə X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “20 Yanvar İctimai Birliyi”nin “Müasir hərb tariximizdə iz qoyan qəhrəman vətən oğullarının tanıdılması” layihəsi əsasında şəhid, baş kəşfiyyatçı Hüseynov Elxan Maarif oğluna həsr olunmuş “Əfsanəyə dönən kəşfiyyatçı” adlı tədbir keçirilmişdir.
    Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin, “20 Yanvar İctimai Birliyi”nin, Qazilər İctimai Birliyinin məsul əməkdaşları, şəhid ailələri, qazilər iştirak etmişlər.
  İlk öncə 3 saylı qəsəbədə salınmış “Şəhidlər abidə kompleksi”ndə, Şəhidlər xiyabanında şəhidlərimizin məzarları önünə gül dəstələri qoyularaq xatirələri ehtiramla yad edilmişdir.    Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbir şəhidimizin məzunu olduğu 6 saylı Cəbrayıl qəsəbəsində fəaliyyət göstərən X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində davam etdirilmişdir.
   Tədbirdə şəhid, baş kəşfiyyatçı Elxan Hüseynovun keçdiyi döyüş yolundan, əfsanəvi qəhrəmanlığından söhbət açılmışdır. Şəhidin anası Sevil Xəlilova və qardaşı Orxan Hüseynov çıxış edərək Elxanla fəxr etdiklərini, onun xidmətlərini yüksək qiymətləndirərək ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda", Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə ", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" və "Ağdamın azad olunmasına görə" medallarla təltif edilməsinə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
     Sonda X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin şagirdlərinin ifasında Elxan Hüseynova həsr olunmuş kompozisiya səsləndirilmişdir.

 

Keçidlər