Cəbrayıl rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
22 noyabr 2022-ci il tarixdə Cəbrayıl rayonunda “Ədliyyə işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərliyi, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov peşə bayramı münasibətilə ədliyyə orqanlarının işçilərini Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun adından təbrik edərək Azərbaycan ədliyyəsinin şanlı tarixindən, inkişaf yolundan söhbət açaraq ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatları haqqında məlumat verib. Ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdıran natiq həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını xüsusi vurğulayıb.
Digər çıxış edənlər də peşə bayramı münasibətilə ədliyyə orqanları əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıblar.