Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Düzgün qidalanma sağlam gələcəyin təməlidir” mövzusunda maarifləndirici tədbir keçirilib

22 fevral 2024 | 15:24

    Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü (Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması), 10.12.4-cü (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması) bəndlərinin icrasının təmin edilməsi məqsədilə rayonun Mərkəzi kitabxanasında “Düzgün qidalanma sağlam gələcəyin təməlidir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Gigiyeva və Epidemiologiya Mərkəzinin direktoru Sənan Mehralıyev, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin həkimi İlham Hətəmxanlı və rayon sakinləri iştirak ediblər.
    Əhali ilə keçirilən tədbirdə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, sağlam və rasional qidalanma, konservləşdirilmiş qidalar, onların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin qarşısının alınmasından geniş söhbət açılıb, tövsiyələr verilib. Eyni zamanda məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamlar da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin qida təhlükəsizliyi ilə əlaqədar maarifləndirici bukletlər paylanılıb və görüş diskussiya şəklində davam edib.

 

Keçidlər