Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Dövlət və xalq üçün yaşanan ömür” mövzusunda dəyirmi masa keçirilib

10 dekabr 2022 | 10:34

    09 dekabr 2022-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin və YAP Cəbrayıl rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “Dövlət və xalq üçün yaşanan ömür” mövzusunda dəyirmi masa keçirilib.
    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Çıxış edənlər bildiriblər ki, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkül tapması ümummilli lider Heydər Əliyev adı ilə bağlıdır. Hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu.
    Bir vaxtlar Ulu Öndər Heydər Əliyev demişdi “Vaxt gələcək Azərbaycan dünyaya Günəş kimi doğacaq” Bu Gün həmin gündür.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş xarici siyasət 44 gün davam edən Vətən Müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi ilə nəticələndi. Torpaqlarımızın işğaldan azad edilməsi, ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan dünyaya Günəş kimi doğmuşdur.
    Sonda məktəblilərin ifasında Ulu öndərimizə həsr olunmuş şeirlər səsləndirilmişdir.

 

Keçidlər