Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Dövlət Qulluqçularının peşə bayramı qeyd olundu

23 iyun 2022 | 17:10

    23 iyun-Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə Cəbrayıl rayonunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları Mədəniyyət və İstirahət parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.
    Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə əvvəlcə Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov dövlət qulluqçularını təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Rayon rəhbəri bildirdi ki, Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir. Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı gününün təsis olunmasını da bu sahədə çalışan insanların əməyinə ən yüksək səviyyədə verilən dəyərin daha bir təzahürü olduğunu vurğulayıb.

 

Keçidlər