Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Dini radikalizmlə mübarizədə ən səmərəli yollardan biri maarifləndirmədir” mövzusunda tədbir keçirilib

27 noyabr 2025 | 12:16

    27 noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayonun 9 saylı tam orta məktəbində “Dini radikalizmlə mübarizədə ən səmərəli yollardan biri maarifləndirmədir” mövzusunda tədbir keçirilib.
    Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Mayil Əliyev, rayon Gənclər və İdman sektorunun müdiri Emil Məstəliyev, din xadimi Yusif İsmayılov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Tədbirə Ümummilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
    Tədbirdə çıxış edənlər dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək radikalizmin qarşısının alınmasında maarifləndirmənin önəmini xüsusi qeyd ediblər. Milli-mənəvi və dini dəyərlərimizin qorunması, eləcə də vətənpərvərlik prinsiplərinin təbliğində cəmiyyətin, xüsusilə gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində geniş fikir mübadiləsi aparılıb.
    Vurğulanıb ki, radikalizmi doğuran başlıca səbəblərdən biri də İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.
    Tədbirdə həmçinin şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyərlərə dair fikirlər səsləndirilib.

Keçidlər