Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusunda tədbir keçirilib

25 oktyabr 2023 | 09:57

    24 oktyabr 2023-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman sektorunun və 8 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Dini radikalizm və onunla mübarizə üsulları” mövzusunda tədbir keçirilib.
    Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman sektorunun məsul işçiləri, ictimaiyyətin, müəllim və şagird kollektivlərinin nümayəndələri iştirak ediblər.
    Tədbirdə çıxış edənlər dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək radikalizmin qarşısının alınmasında maarifləndirmənin önəmini xüsusi qeyd ediblər. Milli-mənəvi və dini dəyərlərimizin qorunması, eləcə də vətənpərvərlik prinsiplərinin təbliğində cəmiyyətin, xüsusilə gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində geniş fikir mübadiləsi aparılıb.
    Natiqlər vurğulayıblar ki, radikalizmi doğuran başlıca səbəblərdən biri də İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.
    Tədbirdə həmçinin şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyərlərə dair fikirlər səsləndirilib.

 

Keçidlər