Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Biz sülh istəyirik” mövzusunda rəsm sərgisi təşkil olunub

18 sentyabr 2026 | 16:20

17 sentyabr 2026-cı il tarixdə “21 Sentyabr – Beynəlxalq Sülh Günü” ilə əlaqədar Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman sektorunun və Təhsil sektorunun birgə təşkilatçılığı ilə R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbində “Biz sülh istəyirik” mövzusunda şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Mayil Əliyev, rayon Gənclər və İdman sektorunun müdiri Emil Məstəliyev, məktəbin direktoru Elçin Hüsenyov, müəllim və şagirdlər iştirak ediblər.
Nümayiş olunan əl işlərində insanpərvərlik və sülhsevərlik hissləri, sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu öz əksini tapıb. Əl işləri ilə yaxından tanış olan iştirakçılar şagirdlərin yaradıcılıq axtarışlarını yüksək qiymətləndiriblər. Qeyd olunub ki, belə təşəbbüslər sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin, hər cür zorakılığın dayandırılması baxımdan mühüm əhəmiyyət kəsb edir.

Keçidlər