Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Biz Qalib ölkənin uşaqlarıyıq” adlı tədbir keçirilib

30 may 2025 | 16:05

     30 may 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin, Uşaq Səfirlər məclisinin, Təhsil sektorunun və Mədəniyyət nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş “Biz Qalib ölkənin uşaqlarıyıq” adlı tədbir keçirilib.
     Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, icra hakimiyyəti aparatının, Uşaq Səfirlər məclisinin nümayəndəsi, Təhsil sektorunun, Mədəniyyət nümayəndəliyinin məsul əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin kollektivləri və ictimaiyyət nümayəndələri iştrak ediblər.
    Ümummilli lider Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva çıxış edərək 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə körpə fidanları səmimi-qəlbdən təbrik edib. F.İbayeva uşaqlara göstərilən dövlət qayğısından, onların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsindən geniş söhbət açıb. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasətinin prioritet olmasından, bu istiqamətdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd edib.
     Tədbirin bədii hissəsində Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin şagirdlərdən ibarət “Mərcan” ansamblının hazırladığı konsert proqramı dinlənilib, uşaq bağçalarının balaca fidanları Vətənə, xalqa, anaya, şəhidlərə aid şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.
      Tədbir çərçivəsində uşaq bağçalarının əl işlərindən ibarət sərgiyə də baxış keçirilib.

Keçidlər