Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Biz Heydərçilərik” adlı tədbir keçirilib

19 aprel 2023 | 09:39

    18 aprel 2023-cü il tarixdə “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə B.Mərcanlı kənd Uşaq İncəsənət məktəbində “Biz Heydərçilərik” adlı tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, məktəblərin müəllim və şagird kollektivləri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə 4 saylı qəsəbədə salınmış Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında Ulu Öndərin heykəli önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər. Sonra tədbir B.Mərcanlı kənd Uşaq İncəsənət məktəbində davam etdirilib. Ulu Öndərin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısında gördüyü misilsiz xidmətlərdən söhbət açılıb. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycan tarixinin qürurlu dünəni, öyrənilən bu günü və daim istinad edilən sabahıdır. Müasir müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycan və Heydər Əliyev bütövdür, ayrılmazdır. Təkcə Azərbaycan xalqının deyil, böyük türk dünyasının fəxri olan görkəmli siyasi və dövlət xadiminin gördüyü işlər, söylədiyi fikirlər haqqında zaman-zaman qürurla söhbət açılacaq, Azərbaycanın gələcək qələbələrinin real hədəfləri müəyyənləşəcək.
    Sonda B.Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin şagirdlərinin ifasında Vətənimiz Azərbaycana, Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş mahnılar, şerlər ifa olunub,  tarixə düşmüş kəlamları səsləndirilib.

 

Keçidlər