Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Biz gələcəyin qurucularıyıq” mövzusunda tədbir keçirilib

18 fevral 2026 | 15:56

    18 fevral 2026-cı il tarixdə rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Mərkəzi Kitabxana Sistemi və Gənclər idman sektorunun birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində “Biz gələcəyin qurucularıyıq” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, rayon Gənclər və İdman sektorunun müdiri Emil Məstəliyev, mədəniyyət işçiləri, gənclər iştirak ediblər.
     Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamının tarixi əhəmiyyətindən, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin keçmişindən geniş söhbət açıblar.
      Natiqlər bildiriblər ki, tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanılması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır. Azərbaycan öz suverenliyini tam bərpa edib, hazırda isə regionun əsl və tarixi simasını geri qaytarmaq və keçmiş ruhunu dirçəltmək üçün tammiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə "Böyük qayıdış" proqramı çərçivəsində həm infrastruktur, həm də sosial və ekoloji layihələr həyata keçirilir. Azərbaycan bu torpaqlarda ekoloji ədaləti bərpa etməyə və regionu "yaşıl inkişaf" mərkəzinə çevirməyə nail olub. Yəni Azərbaycan təkcə itirilmiş torpaqlarını deyil, həm də itirilmiş ekoloji dəyərlərini də bərpa edir. 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması ölkəmizin daxili və xarici siyasətində növbəti il üçün prioritet mövzunu da özündə əks etdirir. Ölkəmiz bu il BMT-nin daha bir mötəbər tədbirinə "Dünya Şəhərsalma Forumu"nun 13-cü sessiyasına evsahibliyi edəcək. Belə beynəlxalq tədbirlərə evsahibliyi etmək Azərbaycanın xarici siyasətdə artan imicinə müsbət təsir göstərməklə yanaşı, diplomatik əlaqələrin də yeni formatda inkişafına imkan yaradır və beynəlxalq platformalarda mövqeyimizi daha da gücləndirir.
    Tədbirdə xalqımızın yaratdığı irs nümunələrinin, zəngin tariximizin qorunub saxlanılması, yaşadılması, gələcək nəsillərə ötürülməsi ilə bağlı gənclərə tövsiyələr verilib və bu ənənənin hər bir ölkə vətəndaşının borcu olduğu diqqətə çatdırılıb.

Keçidlər