Cəbrayıl rayonunda baramaçılığın müvəffəqiyyətlə yerinə yetiriləcəyi proqnozlaşdırılır
Artıq 11 gündür ki, Cəbrayıl rayonunda barama mövsümünə başlanılıb. Cəbrayıl rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə cari ilin məhsulu üçün 135 qutu ipəkqurdu rayonun 70 kümdarına paylanmışdır. Hər il olduğu kimi bu il də rayonda baramaçılığın müvəffəqiyyətlə yerinə yetiriləcəyi proqnozlaşdırılır. Bu məqsədlə rayon İcra Hakimiyyəti tərəfindən barama istehsalının artırılması üçün bütün kümxanalar istilik, işıq və kağız materialı ilə təchiz olunub. DAİM-in əməkdaşları tərəfindən bütün kümdarlarla fərdi qaydada görüş keçirilmiş, onlarla təlimatlandırıcı söhbətlər aparılmışdır. Hər bir kümdara ipəkqurdlarının yemləndirilmə qaydaları, kümxanaların istilik rejimi və havalandırılması ilə bağlı yaddaş kitabçası verilmişdir. Cari ildə 5130 kq yaş barama istehsalı proqnozlaşdırılır.