Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Bacarıqlı əllər” adlı sərgi təşkil olunub

20 may 2026 | 16:58

    20 may 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman sektorunun və Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun 14 saylı tam orta məktəbində şagirdlərin əl işlərindən ibarət “Bacarıqlı əllər” adlı sərgi təşkil olunub.
    Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Mayil Əliyev, rayon Gənclər və İdman sektorunun müdiri Emil Məstəliyev və məktəbin pedaqoji kollektivi iştirak ediblər.
    Sərgidə şagirdlərinin hazırladıqları maketlər, dekorativ-tətbiqi sənət nümunələri, rəsm və digər yaradıcılıq işləri yer alıb. Nümayiş olunan işlərdə milli memarlıq ənənələri, müasir şəhərsalma yanaşmaları və estetik baxışlar öz əksini tapıb.
    Əl işləri ilə yaxından tanış olan iştirakçılar şagirdlərin yaradıcılıq axtarışlarını yüksək qiymətləndiriblər. Qeyd olunub ki, belə təşəbbüslər memarlıq və şəhərsalma sahəsinə marağın artırılmasına, milli-mədəni irsin təbliğinə və yaradıcılıq potensialının üzə çıxarılmasına mühüm töhfədir.

Keçidlər