Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Azərbaycanda statistikanın yaranmasının 105-ci ildönümü qeyd olunub

20 oktyabr 2025 | 12:43

    20 oktyabr 2025-ci il tarixdə Ümumdünya Statistika Günü və Azərbaycanda rəsmi statistikanın yaranmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, YAP Rayon Təşkilatının sədri Arif Fərzəliyev, aparatın əməkdaşları, rayon Statistika İdarəsinin rəhbəri Sahib Süleymanov, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak ediblər.
    Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Ümumdünya Statistika Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək statistikanın əhəmiyyətindən söhbət açıb. Rayon rəhbəri bildirib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan müasir statistika iqtisadiyyat, səhiyyə, təhsil, kənd təsərrüfatı, demoqrafiya və digər sahələr üzrə dəqiq və obyektiv məlumatların toplanmasını və təhlilini təmin edir. Bu göstəricilər isə dövlətlərin düzgün və səmərəli qərarlar qəbul etməsinə, inkişaf strategiyalarının formalaşdırılmasına əsas yaradır. 20 oktyabr-Ümumdünya Statistika Günü dövlət idarəçiliyinin və sosial-iqtisadi inkişafın əsas dayaqlarından biri olan statistika sahəsinə dövlətimiz tərəfindən verilən yüksək qiymətin təcəssümüdür. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün statistika fəaliyyəti rəqəmsal texnologiyaların tətbiqi, şəffaflıq və operativlik prinsipləri əsasında inkişaf edir və ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə mühüm töhfə verir.
    Rayon Statistika İdarəsinin rəisi Sahib Süleymanov çıxış edərək idarənin fəaliyyəti, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə geniş məlumat verərək, rayon üzrə sosial-iqtisadi göstəricilərin dəqiq toplanması və təhlilinin regionun davamlı inkişafında əhəmiyyətli rol oynadığını bildirib.
    Sonda rayon Statistika İdarəsinin rəhbəri Sahib Süleymanova İcra Hakimiyyətinin təbrik və hədiyyəsi təqdim olunub.

Keçidlər