Cəbrayıl rayonunda Azərbaycan uşaqlarının VI Ümumrespublika Forum nümayəndələrinə iştirakçı vərəqələri təqdim edilib
23 noyabr 2024 | 12:10
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların müdafiəsi və inkişafına dair qazanılan ən yaxşı təcrübələri, mövcud problemləri və onların həlli yollarını nəzərdən keçirmək, ictimaiyyətin diqqətini bir daha uşaq problemlərinə yönəltmək məqsədilə 5 dekabr 2024-cü il tarixdə keçiriləcək “Uşaqlar və ekologiya” adlı Azərbaycan uşaqlarının VI Ümumrespublika Forumunda Cəbrayıl rayonunu təmsil edəcək uşaqlara rayon icra hakimiyyətinin inzibati binasında iştirakçı vərəqələri təqdim edilib.
Forumda rayonumuzu İ.Tahirov adına Mehdili kənd tam orta məktəbin 10-cu sinif şagirdi Aynur Məmmədova, 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Arif Novruzov və N.Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbin 8-ci sinif şagirdi Mətləb Həzizadə təmsil edəcəklər.