Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunub

02 iyul 2026 | 16:43

02 iyul 2026-cı il tarixdə Cəbrayıl rayonunda Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, polis şöbəsinin şəxsi heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək polis şöbəsinin şəxsi heyətini “02 İyul - Azərbaycan Polisi günü” münasibətilə təbrik edərək xoş arzularını bildirib. Qeyd olunub ki, xalqımızın milli maraq və mənafelərinin, sabitliyin və əmin-amanlığın qorunmasında danılmaz rolu olan polis orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidməti olmuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayırlar. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərlərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq xalqın inam və etimadını doğruldurlar.

 

Keçidlər