Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Azərbaycan Polisi günü qeyd olunub

02 iyul 2025 | 16:13

     02 iyul 2025-ci il tarixdə Cəbrayıl rayonunda Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, polis şöbəsinin şəxsi heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək, xatirəsinə dərin ehtiramlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək polis şöbəsinin şəxsi heyətini “02 İyul-Azərbaycan Polisi günü” münasibətilə təbrik edib, xoş arzularını bildirib. Rayon rəhbəri qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında xüsusi xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq xalqın inam və etimadını daima doğruldur. İcra başçısı çalışdıqları sahədə yüksək səviyyəli fəaliyyətlərinə görə şəxsi heyətə təşəkkürünü bildirib, gələcək işlərində uğurlar arzulayıb.
    Tədbir xidmətdə fərqləndiklərinə görə Polis şöbəsinin bir qrup əməkdaşına Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanın təqdim edilməsi ilə davam etdirilib.

Keçidlər