Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitablarının təqdimat mərasimi keçirilib

16 dekabr 2022 | 12:28

     16 dekabr 2022-ci il tarixdə Cəbrayıl rayon Mərkəzi Kitabxanasında “Azərbaycan multikulturalizminin qaynaqları” seriyası çərçivəsində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitablarının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Mərkəzi Kitabxana Sisteminin əməkdaşları, mədəniyyət işçiləri, ziyalılar iştirak ediblər.
    Təqdimat mərasimində çıxış edənlər bildiriblər ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabları öz əhəmiyyəti və aktuallığı ilə seçilir. Kitablarda müasir dünyanın multikultural dəyərləri, Azərbaycanın mədəni müxtəlifliyi “Azərbaycançılıq” ideologiyasının formalaşması, xalqların mədəniyyət, dil, inanc, ədəbi-bədii və fəlsəfi düşüncələrində öz əksini tapır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabından sonra “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik” qaynaqları kitabının nəşri mədəniyyətimizin və təfəkkür tərzimizin multikulturalizm aspektindən bir-birini izləməsinə şərait yaradır. Azərbaycan multikulturalizm modelinin əhəmiyyətindən danışan natiqlər bir sıra mövzular ətrafında dərin elmi-fəlsəfi araşdırmaların aparıldığını söyləyiblər. Biz qalib xalq kimi, həm də qalib ölkənin necə bir mədəniyyətə sahib olduğunu bütün dünyaya göstərməliyik. Bu bizim bütün sahələrdə gördüyümüz işlərdə öz əksini tapmalıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir. Dövlət siyasətimizin bir istiqaməti olan bu hərəkatı, prosesi bütün dünyaya çatdırmalıyıq. Hamı bilməlidir ki, Azərbaycan xalqı mənəvi cəhətdən necə zəngin bir xalqdır, multikultural əhval-ruhiyyə onun canında və qanında necə yaşayır və Ulu Öndərimizin əsasını qoyduğu multikulturalizm hərəkatı bu gün də Azərbaycanda müxtəlif nəsilləri, zümrələri, konfessiyaları, milli icmaları özündə birləşdirir. Ulu Öndərimizin dediyi kimi: Azərbaycanda yaşayan bütün xalqların gücü bütövlükdə Azərbaycanın gücünə çevrilir.

Keçidlər