Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Atletika növü üzrə rayon turniri təşkil olunub

05 mart 2026 | 09:37
    3-4 mart 2026-cı il tarixlərdə Rayon İcra Hakimiyyətinin,  Gənclər və İdman və Təhsil sektorunun birgə təşkilatçılığı ilə “5 Mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş “İdman həftəsi” çərçivəsində İ.Quliyev adına B.Mərcanlı kənd tam orta ümumtəhsil məktəbində 60 metr məsafəyə qaçış üzrə rayon turniri təşkil olunub.
    Turnirdə Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin VII-IX sinif şagirdləri (qızlar) iştrak edib.
    Gərgin və maraqlı şəraitdə keçən turnirdə: 
    1. Şahverdiyeva Banu Elvin qızı -  I yer (10 nömrəli tam orta ümumtəhsil məktəbin VII sinif şagirdi)
    2. Cəfərzadə Nuray Rəşad qızı – II yer  (9 nömrəli tam orta ümumtəhsil məktəbin VIII sinif şagirdi)
    3. Tahirli Ayan Qara qızı – III yer  (10 nömrəli tam orta ümumtəhsil məktəbin VII sinif şagirdi)
    Qalibləri təbrik edir və uğurlar arzulayırıq.
Keçidlər