Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda arpa biçininə başlanılıb

10 iyun 2025 | 16:15

    Respublikamızın hər yerində olduğu kimi Cəbrayıl rayonunda da bir neçə gündür ki, arpa biçininə başlanılıb. Cari ildə rayonunda 10546 hektar sahədə buğda, 2265 hektar sahədə isə arpa biçini aparılacaq.
    Məhsul yığımı kampaniyasını mütəşəkkil və vaxtında başa vurmaq üçün biçin sahələrinə 11 kombayn cəlb edilib, təhlükəsizlik tədbirləri ilə bağlı hazırlıq işləri görülüb. 10 iyun 2025-ci il tarixə kimi rayonda 725 hektardan çox sahədə arpa biçilib və 2250 ton məhsul götürülüb.
    Biçin kampaniyasında rayonun taxılçılıqla məşğul olan fermerləri fəallıq nümayiş etdirirlər. Hazırda biçin işləri davam edir.

Keçidlər