Cəbrayıl rayonunda “Ana dilim-Milli kimliyim” mövzusunda tədbir keçirilib
20 fevral 2026-cı il tarixdə rayon İcra Hakimiyyətinin, Təhsil sektorunun və Böyük Mərcanlı Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə 8 saylı tam orta məktəbdə 21 fevral Beynəlxalq Ana Dili gününə həsr olunmuş “Ana dilim-Milli kimliyim” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Təhsil sektorunun müdiri Zamiq Qurbanov, Böyük Mərcanlı Uşaq İncəsənət məktəbinin direktoru Vidadi Orucov, ziyalılar, yazarlar, Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin və 8 saylı tam orta məktəbin müəllim və şagirdləri iştrak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə dilimizin gözəl bilicisi Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirə onlayn formatda qoşulan Milli Məclisin deputatı Ceyhun Məmmədov və digər çıxış edənlər Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildiriblər ki, Azərbaycan dilinin bugünkü səviyyəsi xalqımızın qədim, dərin tarixi köklərə malik xalq olduğundan xəbər verir. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində xüsusi xidmətləri olduğunu qeyd edən natiqlər vurğulayıblar ki, dilimizə dövlət qayğısı bu gün də yüksək səviyyədədir. Azərbaycan Respublkasının Prezidenti İlham Əliyev dilimizin qorunmasına və inkişafına yönəlik dövlət strategiyasını uğurla davam etdirir. Çıxışlarda Ana dilinin saflığının qorunması və gələcək nəsillərə ötürülməsinin önəminə toxunulub, dilimizi yad ünsürlərdən qorumağın, dilin tədrisi məsələsinə ciddi yanaşmağın zəruriliyi də qeyd olunub.
Tədbir 8 saylı və Böyük Mərcanlı Uşaq İncəsənət məktəblərinin hazırladığı rəngarəng bədii kompazisiya ilə davam etdirilib.






