Cəbrayıl rayonunda “Ana dili hər bir xalqın varlığının əsas təminatçısıdır” mövzusunda tədbir keçirilib
19 fevral 2026-cı il tarixdə rayon İcra Hakimiyyətinin və Mərkəzi Kitabxana Sisteminin təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana Dili gününə həsr olunmuş “Ana dili hər bir xalqın varlığının əsas təminatçısıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, mədəniyyət işçiləri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər Beynəlxalq Ana Dili gününün əhəmiyyətindən, dilimizin qədimliyindən, zənginliyindən, gözəlliyinin, saflığının qorunması və inkişaf etdirilməsinin vacibliyindən söhbət açıblar.
Bildirilib ki, ana dili hər bir xalqın varlığının əsas təminatçısıdır, millətin millət olaraq təsdiqidir, öz taleyinə sahibliyidir. Hər bir azərbaycanlının müqəddəs və mənəvi borcu bu dili qorumaq və gələcək nəsillərə ötürməkdir. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Gəlin hamılıqla bu varlığı qoruyaq və yaşadaq.
Tədbir Mərkəzi Kitabxana Sisteminin əməkdaşlarının ifasında Azərbaycan şairlərinin şeirlərinin səsləndirilməsi ilə davam etdirilib.






