Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş “Nurlu əllər sahibi” mövzusunda tədbir keçirilib

28 aprel 2025 | 16:08

    28 aprel 2025-ci il tarixdə Rayon İcra Hakimiyyəti, YAP Rayon Təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş “Nurlu əllər sahibi” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP Rayon Təşkilatının sədr müavini Məhəmməd Əliyev, "Mərkəzi Rayon Xəstəxanası" Publik Hüquqi Şəxsin baş həkimi Arif Hüseynov, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.
     Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın həyat və fəaliyyətindən geniş söhbət açılıb.      Çıxış edənlər bildiriblər ki, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Bütün ömrünü oftalmologiyaya həsr edən akademik həm də bir qadın, bir həyat yoldaşı, bir ana olaraq bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsil insanlıq nümunəsi göstərib. Onun həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir.
     Tədbir Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş gənclərə vəsiqələrin təqdim edilməsi ilə davam etdirilib.

Keçidlər