Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi məqsədilə maarifləndirici tədbir keçirilib

03 dekabr 2025 | 10:09

01 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.6 bəndinin icrasının təmin edilməsi məqsədilə 11 saylı Cəbrayıl qəsəbəsində ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi məqsədilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Fəridə İbayeva, 1 saylı Cəbrayıl Mediasiya təşkilatının əməkdaşı Sevinc Piriyeva, V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin direktoru Arifə Əhmədova, psixoloq Günel Əzizova və gənclər iştrak ediblər.

Tədbirdə çıxış edənlər ölkəmizdə ailədaxili münaqişələrin həlli istiqamətində görülən işlərdən, mediasiyanın məqsədlərinin, prinsplərinin həyata keçirilməsi qaydalarından geniş söhbət açıblar.

Bildirilib ki, 2023-cü ildə rayonda fəaliyyət göstərən 1 saylı Cəbrayıl Mediasiya  təşkilatına Cəbrayıl qəsəbələri üzrə ailədaxili mübahisələrlə bağlı daxil olmuş 182 müraciətdən 118-i, 2024-cü ilidə 135 müraciətdən 92-i , 2025-ci ildə isə 87 müraciətdən 64-ü barışıqla müsbət həll olunub.

Tədbir gənclərin suallarının cavablandırılması ilə davam etdirilib.

Keçidlər