Cəbrayıl rayonunda “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda aksiya keçirilib
15 may 2025 | 18:21
“15 May – Beynəlxalq Ailə günü” münasibətilə Cəbrayıl qəsəbələrində “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda aksiya keçirilib.
Ailə dəyərlərinin möhkəmləndirilməsi və cəmiyyətin maarifləndirilməsi məqsədilə keçirilən aksiyada ailə bayramı münasibəti ilə iştrakçılara Rayon İcra Hakimiyyəti başçısının təbrikləri çatdırılıb və Azərbaycan Respublikası Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı "Gənc ailələrə tövsiyələr" adlı broşurları paylanılıb.
Aksiya gənc ailələr tərəfindən mənmunluqla qarşılanıb.