Cəbrayıl rayonunda 8 Noyabr Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
30 oktyabr 2025 | 15:39
30 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və 8 Noyabr Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Təhsil sektorunun birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində 37-si eldar şamı, 19-u gül kolu, 12-si meşə ağacı, 14-ü dekorativ kol və 267-si meyvə ağacı olmaqla 349 ağac və kollar əkilib. Əkilən ağac və kollar suvarılıb, mövcud ağacların dibləri yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Rayonda bu kimi aksiyaların bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.






