Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “8 Noyabr – Zəfər günü”nə həsr olunmuş şahmat yarışı keçirilib

04 noyabr 2023 | 17:18

   02-04 noyabr 2023-cü il tarixlərdə rayonun 8 saylı tam orta məktəbində gənclər və yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə “8 Noyabr – Zəfər günü”nə həsr olunmuş  şahmat yarışı keçirilib.  

   Rayon Təhsil  sektorunun və rayon Uşaq - Gənclər İdman - Şahmat məktəbinin birgə təşkilatçılığı ilə 8-16 yaşlı şagirdlər arasında keçirilən yarışda Sədiyev Murad Sənani oğlu 1 - ci, Mehdiyev Elvin Eldəniz oğlu 2 – ci və  Mahmudov Həsən Elçin oğlu 3 - cü yerə layiq görülüblər.

   Sonda yarışın qalibləri Uşaq - Gənclər İdman - Şahmat məktəbinin fəxri fərmanları ilə təltif olunub, hədiyyələrlə mükafatlandırılıblar.

   Qalibləri təbrik edir və uğurlar arzulayırıq!

 

Keçidlər