Cəbrayıl rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub
07 mart 2025-ci tarixdə rayonun müəssisə və təşkilatlarında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, müəssisə, təşkilat rəhbərləri və rayonda ictimai fəallığı ilə seçilən qadınlar iştirak ediblər.
İcra başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib və xoş arzularını çatdırıb. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkəmizdə elə bir fəaliyyət sahəsi yoxdur ki, qadınlarımız orada təmsil olunmasın. Tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həllində böyük xidmətlər göstərmiş Azərbaycan qadınları bu gün dövlətimizin inkişafına və yüksəlişinə öz layiqli töhfələrini verməkdə davam edirlər.
Digər çıxış edənlər də ölkənin sosial-iqtisadi həyatında qadınların rolundan geniş söhbət açıb və bayram münasibətilə təbrik ediblər.