Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib

07 mart 2023 | 16:04

    07 mart 2023-cü il tarixdə Cəbrayıl rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçının müavinləri Fəridə İbayeva, Tapdıq Nəsirov, şəhid anaları, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan qadınlar, idarə və müəssisə rəhbərləri iştirak ediblər.
    Tədbir Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş igid oğullarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva çıxış edərək İcra hakimiyyətinin başçısı Kamal Həsənovun 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrikini qadınlara çatdırıb. Daha sonra çıxış edənlər bildiriblər ki, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı tarix boyu vətənimizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadınının bütün dövrlərdə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətləri olmuşdur. Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Ulu öndər Heydər Əliyev qadınların xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərmişdir. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır.
    Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Bütün bunların təməlində isə ümummilli liderin uzaqgörən siyasəti durur və bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
    Tədbir B.Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin kollektivinin ifasında konsert proqramı ilə davam etdirilib. Qadınlara tər çiçəklər hədiyyə edilib.

Keçidlər