Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olundu

05 oktyabr 2023 | 17:50

    05 oktyabr 2023-cü il tarixdə Cəbrayıl rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, rayon Təhsil Sektorunun əməkdaşları, qabaqcıl təhsil işçiləri iştirak ediblər.
    İştirakçılar ilk öncə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin heykəlini ziyarət edərək, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov ölkəmizdə təhsil sahəsində aparılan dövlət siyasətindən söhbət açıb. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatları, qəbul olunan Dövlət Proqramları hər bir müəllim üçün stimul yaradır. Rayon rəhbəri müəllimləri peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, şərəfli və məsuliyyətli peşələrində uğurlar arzulayıb. Təhsil işçiləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.

 

Keçidlər