Cəbrayıl rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayon Təhsil sektorunun müdiri Zamiq Qurbanov, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin, uşaq bağçalarının rəhbərləri, həmçinin müəllimlər iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin Cəbrayıl qəsəbəsində adını daşıdığı parkda tədbir iştirakçıları əvvəlcə abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək böyük şəxsiyyətin xatirəsinə ehtiramlarını bildiriblər.
Çıxış edən rayon rəhbəri Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Ölkədə təhsilin inkişafına göstərilən dövlət dəstəyindən, Ulu Öndər Heydər Əliyevin müəllim əməyinə hər zaman yüksək qiymət verməsindən, Prezident İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlardan və bu islahatların Azərbaycan təhsilinə qazandırdığı uğurlardan bəhs edib.






