Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirilib

28 dekabr 2023 | 15:07

    27 dekabr 2023-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı və rayon Ağsaqqallar Şurasının təşkilatçılığı, "Xudafərin" şadlıq sarayları kompleksinin dəstəyi ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə "Xudafərin" şadlıq sarayında tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Milli Məclisin deputatı Ceyhun Məmmədov, YAP rayon təşkilatının sədri Arif Fərzəliyev, Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, "Xudafərin" şadlıq sarayları kompleksinin rəhbəri Siyavuş Əsgərov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkə Prezidenti cənab İlham Əliyevin Xankəndi şəhərindəki çıxışı izlənilib. Milli Məclisin deputatı Ceyhun Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov, Siyavuş Əsgərov və digər çıxış edənlər iştirakçıları Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək, bu əlamətdar günün əhəmiyyətindən, dünya Azərbaycanlılarının birlik və həmrəyliyindən, o cümlədən ölkəmizin son illər ərzində əldə etdiyi uğurlardan, 27 sentyabr 2020-ci ildə başlamış 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhid və qazilərimizin qəhrəmanlıqlarından geniş söhbət açıblar. Bildirilib ki, ölkəmizdə şəhid ailələri və qazilərə böyük diqqət və qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən məsələlərə önəm verilir. Ümumiyyətlə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Dövlətimizin bu diqqət və qayğısı Cəbrayıl rayonunda da nümunə kimi götürülür. Mütəmadi olaraq şəhid ailələri və qazilər əlamətdar günlərdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən ziyarət olunur, problemləri ilə maraqlanılır, həlli istiqamətində işlər aparılır.
    Daha sonra bayram şənliyi respublikamızın incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

 

Keçidlər