Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “28 May – Müstəqillik Günü” münasibətilə “Haqqım var ki, öyünüm Azərbaycan deyəndə”adlı ümumrayon tədbiri keçirilib

27 may 2025 | 17:07

    27 may 2025-ci il tarixdə “28 May – Müstəqillik Günü” münasibətilə “Haqqım var ki, öyünüm Azərbaycan deyəndə” adlı ümumrayon tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Hüquq-mühafizə, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə mədəniyyət və istirahət parkında müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
    Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək 28 May - Müstəqillik Günü münasibəti ilə tədbir iştrakçılarını təbrik edib, xoş arzularını çatdırıb. Rayon rəhbəri bildirib ki, düz 107 il bundan əvvəl 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə çox böyük və əhəmiyyəti hadisə oldu. Bu gün Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə - xarici və daxili siyasət, beynalxalq münasibətlər, milli təhlükəsizlik, sosial-iqtisadi, təhsil, səhiyyə, elm və s. dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtararaq, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi.
    Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində müstəqil dövlətimiz daha da inkişaf etdi və hərtərəfli gücləndi. 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımız azad olundu, dövlətimizin ərazi bütövlüyü, suverenliyi tam bərqərar oldu. Bütün dünya Prezident, rəşadətli ordu və iradəli xalq birliyinə heyran qaldı. Ali Baş komandanın ətrafında möhkəm birləşən xalqımız müstəqilliyimizin əbədiliyinə imza atdı. Hazırda Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdəki nüfuzu bizi qürurlandırır, imkan verir ki, deyək Haqqım var ki, öyünüm Azərbaycan deyəndə.
    Müstəqilliyimiz əbədi, dönməz və sarsılmaz olsun.
   Tədbir çərçivəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyü uğrunda, dövlətçilik ənənələrinin yaşadılmasında canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mədəniyyət işçilərinin hazırladığı konsert proqramı dinlənilib və mövzu ilə əlaqəli kitablar sərgilənib, Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilən gənclərə vəsiqələr verilib.

Keçidlər