Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar təmizlik-abadlıq işləri aparılıb

22 sentyabr 2025 | 16:40

    Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımıza ehtiram göstərmək, onların uyuduqları məzarları ziyarət etmək hər birimizin mənəvi borcudur. Bu amalla Cəbrayıl rayonunda da mütəmadi olaraq şəhid məzarları ziyarət olunur, abidələrin barelyeflərin, şəkil lövhələrinin ətrafının abadlaşdırılması istiqamətində işlər aparılır. Növbəti abadlaşdırılma işi 27 sentyabr Anım gününün beşinci ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən Cəbrayıl qəsəbələrində salınmış “Şəhidlər” abidə kompleksində, Şəhidlər məzarlığında və yol kənarlarında ucaldılmış şəkil lövhələrinin ətrafında həyata keçirilib. Belə ki, abidə kompleksinin, barelyeflərin, şəkil lövhələrinin ətrafı təmizlənib, səliqə-sahman yaradılıb və yaşıllıqlara qulluq edilib.

Keçidlər