Cəbrayıl rayonunda 27 sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
23 sentyabr 2025 | 12:32
23 sentyabr 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında 27 sentyabr Anım gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində vegetasiya müddətini başa vurmuş ağaclar yeni yaşıl fidanlarla əvəz edilib. Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilən aksiyada yüzdən çox ağac əkilib.






