Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 27 sentyabr “Anım günü” ilə bağlı tədbir keçirilib

27 sentyabr 2023 | 15:53

27 sentyabr 2023-cü il tarixdə Cəbrayıl rayonunda Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə “Şəhidlər” Abidə Kompleksində və “Şəhidlər Xiyabanı”nda şəhidlərin abidələri önünə gül-çiçək dəstələri qoyularaq ruhlarına dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan icra başçısı onların hər birinin qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib. Azərbaycan xalqının var olduğu müddətdə şəhidlərimizin qəlblərdə əbədi yaşayacaqlarından, ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan söhbət açıb. Ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamın şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi olduğunu qeyd edib.
Tədbir şagirdlərin ifasında Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıqlarına həsr olunmuş kompozisiya ilə davam etdirilib.
Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Keçidlər