Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “26 iyun - Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü” münasibəti ilə tədbir keçirilib

24 iyun 2022 | 10:08

    23 iyun 2022-ci il tarixdə Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Cəbrayıl rayon sektoru və rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” münasibəti ilə 7 saylı qəsəbə klubunda tədbir keçirilmişdir.
    Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, rayon Polis şöbəsinin cinayət-axtarış bölməsinin rəisi, polis kapitanı Elşad Məmmədyarov, İctimai Təhlükəsizlik bölməsinin azyaşlılar üzrə inspektoru, polis kapitanı İsa Zamanov, "Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin həkimi Eldar Məmmədov, mədəniyyət işçiləri və gənclər iştirak etmişlər.
     Çıxış edənlər tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirdilər. Respublika əhalisi və xüsusi ilə gənclər üçün böyük təhlükə mənbəyi olan “ağ ölümə” qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin Cəbrayıl rayonunda da həyata keçirildiyini qeyd etdilər. Eyni zamanda vurğulandı ki, Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasında mütəmadi olaraq narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı rayonda görülən işlər müzakirə olunur, hüquq-mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ləğv olunması həyata keçirilir. Müntəzəm olaraq məktəblilər, yeniyetmələr, şagirdlər arasında maarifləndirmə işlərinə xüsusi diqqət yetirilir.
     Tədbirdə yekdilliklə bildirilib ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.

Keçidlər