Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 2026-cı ilin mövsümü üçün kümçülərə ipəkqurdu toxumu paylanılıb

12 may 2026 | 10:59

    Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, Cəbrayıl rayonunda da kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür.
    Bu il artıq 10 ildir ki, Cəbrayıl rayonunda ipəkqurdu bəslənilir. 07 may 2026-cı il tarixdə rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən Qax Damazlıq İpəkçilik Stansiyasından 2026-cı ilin barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması həyata keçirilib. Ümumilikdə 65 kümçüyə 110 qutu ipəkqurdu sənaye toxumu paylanması təmin edilib. Cari mövsümdə kümçülər tərəfindən 4400 kiloqram yaş baramanın istehsalı nəzərdə tutulub.
    Qeyd edək ki, ötən illərdə olduğu kimi, bu il də səhmdar cəmiyyət tərəfindən istehsal olunan yaş barama kümçülərdən 5 manata alınacaq, dövlət tərəfindən isə hər kiloqrama 6 manat subsidiya ödəniləcək.

Keçidlər