Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 2025-ci il mövsümü üçün yaş barama tədarükünə başlanılıb

03 iyun 2025 | 15:40

    Ölkə başçısının 27 noyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” bu sahəyə marağın artmasında mühüm əhəmiyyət kəsb edir. Proqramın uğurlu icrası ölkəmizdə barama istehsalını ildən-ilə artırır. Bu ənənə Cəbrayıl rayonunda da mütəşəkkilliklə həyata keçirilir.
    Bu gün rayonda yaş barama tədarükünə başlanılıb. Qəbul məntəqəsində baramanın təhvili üçün hər cür şərait yaradılıb . Kümçülər yetişdirdikləri 800 kiloqram yaş baramanı "Azəripək” MMC-yə təhvil verirlər. Yaş barama tədarükü davam edir.
     Xatırladaq ki, cari ildə kümçülərə 100 qutu ipəkqurdu paylanılıb və 4000 kq yaş baramanın istehsal edilməsi proqnozlaşdırılır.
     Bərəkətli olsun!

Keçidlər