Cəbrayıl rayonunda 2025-ci il mövsümü üçün kümçülərə ipəkqurdu toxumu paylanılıb
05 may 2025 | 17:18
03 may 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən Qax Damazlıq İpəkçilik Stansiyasından 2025-ci ilin barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması həyata keçirilib. Ümumilikdə 66 kümçüyə 100 qutu ipəkqurdu sənaye toxumu paylanması təmin edilib.
Builki mövsümdə rayon üzrə 4000 kq yaş baramanın istehsal edilməsi proqnozlaşdırılır. Ötən ildə olduğu kimi, bu il də səhmdar cəmiyyət tərəfindən istehsal olunan yaş barama kümçülərdən 5 manata alınacaq, dövlət tərəfindən isə hər kiloqram 6 manat subsidiya ödəniləcək.