Cəbrayıl rayonunda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib
20 yanvar 2025-ci il tarixdə Cəbrayıl rayonunda xalqımızın azadlıq mübarizəsinin ən önəmli səhifələrindən olan Qanlı Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, Hüquq-Mühafizə və idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, müharibə iştrakçıları, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər
İştrakçılar “Şəhidlər” Abidə Kompleksini ziyarət edərək 20 Yanvar 1990-cı ildə ölkəmizdə insanlığa qarşı törədilmiş qanlı cinayətin qurbanı olan, həmyerlimiz Quliyev Səxavət Balay oğlunun, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirələrini dərin ehtiramla anıblar.
Saat 12:00-da faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qəsəbə ərazisində avtomobillərin hərəkəti dayandırılıb və səs siqnalları verilib, gün ərzində Azərbaycan Respublikasının Dövlət Bayrağı endirilib.
Allah Şəhidlərimizə rəhmət eləsin.