Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib

17 oktyabr 2026 | 11:46

17 oktyabr 2026-cı il tarixdə Cəbrayıl rayonunda Dövlət Müstəqilliyinin Bərpasının 35-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın və inzibati ərazi dairələrinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər.
Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan tarixi yoldan və xalqımızın azadlıq uğrunda mübarizəsindən bəhs edərək bildirib ki, 1918-ci il mayın 28-də elan edilmiş dövlət müstəqilliyinin 1991-ci il oktyabrın 18-də bərpası Azərbaycan xalqının milli iradəsinin və azadlıq arzusunun təcəssümüdür. 1991-ci il oktyabrın 18-də Konstitusiya Aktı qəbul edilməklə, ölkəmizin dövlətçilik ənənələrinin dirçəldilməsi - müstəqilliyimizin bərpa olunması mühüm tarixi hadisədir. Müstəqilliyimizin möhkəmləndirilməsi dönəmində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xidmətidir. Bu gün ölkəmiz Ümummilli Liderin yaratdığı siyasi məktəbin davamçısı, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi, dünyəvi dövlətə sahibdir. İcra başçısı bildirib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində 30 illik vətən həsrətinə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Bayrağı işğal altında olan bütün ərazilərdə, şəhər və kəndlərdə dalğalanır. 2022-ci ilin 16 noyabr tarixində təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın reallaşması nəticəsində soydaşlarımızın daimi məskunlaşması təmin edilir.

 

Keçidlər