Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə tədbir keçirilmişdir

18 oktyabr 2022 | 14:08

    18 oktyabr 2022-ci il tarixdə Cəbrayıl rayonunda rayon İcra hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün 31-ci ildönümü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
    Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər. Tədbirdə çıxış edən rayon rəhbəri 1918-ci ildə yaranan Azərbaycan Demokratik Respublikasının cəmi 23 ay yaşadığını və bu müstəqilliyi ölkəmizin 1991-ci ilin 18 oktyabr tarixində yenidən bərpa etdiyini bildirib. Müstəqilliyin ilk illərinin gənc suveren bir ölkə üçün asan olmadığını və Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, bir tərəfdən Ermənistanın hərbi təcavüzünün davam etdiyini, digər tərəfdən ölkədə iqtisadiyyatın iflic vəziyyətə düşdüyünü və daxili sabitliyin pozulduğunu, eləcə də Azərbaycan dövlətçiliyi üçün konkret təhdidlər və risklərin olduğunu qeyd edən K.Həsənov məhz o çətin dövrdə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycana qayıtdığını və 1993-cü ildə hakimiyyətə gəldiyini diqqətə çatdırıb. Heydər Əliyevin xaos və anarxiyanı, iqtisadi, siyasi, mənəvi və psixoloji gərginliyi aradan qaldırdığını və bununla da müstəqil Azərbaycanın yeni inkişaf yoluna imza atdığını vurğulayaraq, ulu öndərin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğunu diqqətə çatdırıb. Sonda İcra Başçısı bildirib ki, iki il bundan əvvəl 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad olundu. Bütün dünya Müzəffər Ali Baş Komandan, rəşadətli ordu və iradəli xalq birliyinə heyran qaldı. Azərbaycan xalqı öz liderinin ətrafında daha möhkəm birləşərək müstəqilliyimizin həmişəyaşarlığına imza atdı. Bu gün müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik.

 

Keçidlər