Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə tədbir keçirilib

18 oktyabr 2023 | 15:56

    18 oktyabr 2023-cü il tarixdə Cəbrayıl rayonunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün 32-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
    Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər. Tədbirdə çıxış edən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov tədbir iştirakçılarını Müstəqilliyin bərpası günü münasibətilə təbrik edərək 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni – müstəqil inkişaf dövrü başlamağından, bu yolda xalqımızın mübarizə əzmindən və Ulu öndərin xidmətlərindən bəhs edib. Rayon rəhbəri vurğulayıb ki, hazırda Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyi getdikcə daha da möhkəmlənib.
    Sonda İcra Başçısı bildirib ki,üç il bundan əvvəl 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad olundu. Bütün dünya Müzəffər Ali Baş Komandan, rəşadətli ordu və iradəli xalq birliyinə heyran qaldı. Azərbaycan xalqı öz liderinin ətrafında daha möhkəm birləşərək müstəqilliyimizin həmişəyaşarlığına imza atdı. Bu gün müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik.

 

Keçidlər