Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub

13 iyun 2025 | 17:30

    13 iyun 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, YAP fəalları, Hüquq-mühafizə, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları mədəniyyət və istirahət parkında müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
    Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək müasir Azərbaycan tarixinin dönüş nöqtəsi, dövlətçiliyimizin xilası və sabitliyimizin bərqərar olmasının rəmzi olan 15 İyun – Milli Qurtuluş Gününün dövlətçilik tariximizdəki əhəmiyyətindən geniş söhbət açıb. Bildirilib ki, bu tarix məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilin iyununda ölkənin ağır vəziyyətdən xilas olunaraq sabitlik və inkişaf yoluna qədəm qoyulması da elə Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının nəticəsidir. Müasir müstəqil        Azərbaycanın möhkəm təməlləri məhz həmin tarixi günlərdə qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin ideyaları qətiyyətlə həyata keçirilir.

Keçidlər