Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 15 iyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

15 iyun 2023 | 12:07

    15 iyun 2023-cü il tarixdə Heydər Əliyev adına Mədəniyyət və İstrahət Parkında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
   Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayonun Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, YAP fəalları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
    Tədbirdən öncə Mədəniyyət və İstrahət Parkında Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri qoyularaq əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edililib.
    Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov çıxış edərək müstəqil dövlətimizin qurtuluş tarixindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açaraq Ümummilli Liderin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.
    Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan dövləti yaşayır və hərtərəfli inkişaf edir.
    Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirir. Ulu Öndərin siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
    Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi daim hörmətlə yad ediləcək, xalqımız onu heç zaman unutmayacaqdır.

Keçidlər