Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 14 fevral Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib

14 fevral 2025 | 16:37

    14 fevral 2025-ci il tarixdə rayonun Mərkəzi Kitabxanasında Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndəsi Aynur Məmmədova, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, kitabxananın əməkdaşları və Uşaq Səfirlər Məclisinin fəalları iştirak ediblər.
    Əvvəlcə məktəblilər Mərkəzi Kitabxana Sistemi ilə tanış olublar. Daha sonra Ulu Öndər Heydər Əliyevin və 14 fevral 1994-cü il tarixdə Murov dağı ətrafında erməni işğalçı terroristləri ilə ağır döyüşlərdə həlak olan Azərbaycan Milli Ordusunun hərbiçilərinin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Çıxış edənlər Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və bildiriblər ki, bu bayram kitabsevərlər üçün ən gözəl bayramdır. Kitab bağışlamaq gələcəyi gözəlləşdirmək, yeni nəslin üfüqlərini açmaq, daha gözəl bir ölkədə yaşamaq deməkdir. Bu baxımdan kitaba böyük məhəbbət və qayğı ilə yanaşan gənclərimizin bu gün kitabxanaya ekskursiya etməsi sevindirici haldır. Natiqlər mütaliədən keçən ömrün necə çiçəkləndiyini, necə dahi şəxsiyyətə çevrildiyinin ən gözəl nümunəsinin Ümummilli lider Heydər Əliyev olduğunu və Ulu Öndərin “Həyatda nə qazanmışamsa hamısına görə bu kitablara borcluyam” fikrini vurğuluyaraq böyük şəxsiyyət olmağın yolunun ancaq kitab mütaliə etməkdən keçdiyini söyləyiblər.
    Tədbirin sonunda kitablar hədiyyə olunub.

Keçidlər