Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

01 oktyabr 2026 | 17:11

01 oktyabr 2026-cı il tarixdə Cəbrayıl rayonunda Prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, RİH aparatının əməkdaşları, Cəbrayıl rayon prokuroru Vüqar Səlimov, digər prokurorluq əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Tədbiri giriş sözü ilə açan Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək, prokurorluq orqanlarını peşə bayramları münasibətilə təbrik edərək, dövlət idarəçiliyində və qanunun aliliyinin təmin olunmasında orqanın əhəmiyyətli rolundan geniş söhbət açıb. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan hüquqi islahatlar nəticəsində prokurorluq orqanlarının daha da gücləndiyini və peşəkarlıq prinsipləri əsasında fəaliyyət göstərdiyini qeyd edib.
Tədbirin yekununda Cəbrayıl rayon prokuroru Vüqar Səlimov çıxış edərək, prokurorluq əməkdaşlarına göstərilən diqqət və təbriklərə görə təşəkkürünü bildirərək, rayon prokurorluğunun fəaliyyətində qanunçuluğun təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, hüquq pozuntularının qarşısının alınması və cinayətkarlıqla mübarizənin əsas istiqamətlər olduğunu qeyd edib. Prokurorluq əməkdaşlarının üzərinə düşən vəzifələri bundan sonra da məsuliyyətlə və peşəkarlıqla yerinə yetirəcəklərini vurğulayıb.

Keçidlər