Cəbrayıl rayonunda “1 mart - Ümumdünya Mülki Müdafiə günü” ilə əlaqədar maarifləndirmə tədbirləri keçirilib
28 fevral 2025-ci il il tarixdə “1 Mart - Ümumdünya Mülki Müdafiə günü” ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında “Mülki müdafiə - əhalinin təhlükəsizliyin təninatıdır” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Keçirilən tədbirlərdə çıxış edənlər Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixindən, 1993-cü ildən Azərbaycanın da bu nüfuzlu beynəlxalq təşkilatda təmsil olmasından bəhs ediblər. Bildirilib ki, bu il ölkəmizdə Beynəlxalq Mülki Müdafiə günü “Mülki müdafiə - əhalinin təhlükəsizliyin təninatıdır” mövzusuna həsr olunub. Eyni zamanda tədbirlərdə şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında da geniş məlumat verilib, ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib.