Cəbrayıl rayonunda “1 mart - Ümumdünya Mülki Müdafiə günü” ilə əlaqədar maarifləndirici tədbir keçirilib
27 fevral 2026-cı il tarixdə “1 Mart - Ümumdünya Mülki Müdafiə günü” ilə əlaqədar Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının, o cümlədən ümumtəhsil məktəblərinin şagirdlərinin iştrakı ilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 86 nömrəli Yanğından Mühafizə bölməsində “Dayanıqlı və sabit gələcək naminə ekoloji risqlərin idarə edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edənlər Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixindən, 1993-cü ildən Azərbaycanın da bu nüfuzlu beynəlxalq təşkilatda təmsil olmasından bəhs ediblər. Bildirilib ki, bu il ölkəmizdə Beynəlxalq Mülki Müdafiə günü “Dayanıqlı və sabit gələcək naminə ekoloji risqlərin idarə edilməsi” mövzusuna həsr olunub.
Tədbir zamanı iştrakçılara yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında geniş məlumat verilib, ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib.






